2023-cü ilin 8 ayında bankların faiz gəlirləri (faiz və gəlirlərin bu qəbildən olan növləri) 2 279,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 563,7 milyon manat və ya 32,9% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 8 ayında bankların faiz gəlirləri 1 715,8 milyon manat olub.