Sorğunun nəticələrinə əsasən cari ilin III rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma ötən rüb ilə müqayisədə azalıb.
FED.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.
Belə ki, əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmasa da, kredit kartlar kartları üzrə kredit standartlarında yumşalmada artım və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında isə sərtləşmə müşahidə edilmişdir. Banklar cari ilin son rübündə cəmi istehlak kreditləri üzrə standartlarda əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətində olsalar da, kredit kartları üzrə standartlarda yumşalmanın azalacağını və əməkhaqqı kartları üzrə kredit standartlarının yumşalacağını proqnoz edirlər.