“VTB” Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanın bank bazarlarında iştirakını qorumağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə “VTB”-nin rəhbəri Andrey Kostin müsahibəsində bildirib.
Eləcə də bax: "VTB (Azərbaycan)" nağd kredit üzrə - FAİZ DƏRƏCƏSİNİ 14,5%-Ə ENDİRİR
“Biz bir hal istisna olmaqla, heç yerdə törəmə bankları satmırıq, heç yerdə. Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalmışıq. Biz ancaq Gürcüstandan gedirik, amma orada vəziyyət bir qədər fərqlidir. Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda isə biz qalırıq və ikitərfli ticarətdə milli valyutalarda hesablaşamalar üzrə əsas bank olmaq üçün milli banklarla, yerli banklarla qarşılıqlı fəaliyyət məsələsini irəli sürürük”, - o bildirib.
Sanksiyalardan əvvəl VTB Qrupuna 2022-ci ilin əvvəlinə 20,9 trilyon rubl ümumi aktivlərlə 20-dən çox kredit və maliyyə şirkəti daxil olub. Qrupun bankları Belarus, Azərbaycan, Ermənistan, Qazaxıstan, Gürcüstanda fəaliyyət göstərib. (İnterfaks)