Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2024-cü ilin ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 123 milyon 87 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 76 min manat və ya 2% çoxdur.
2023-ci ilin yanvar-dekabr aylarında bu göstərici 121 milyon 11 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 96 milyon 642 min manat təşkil edib ki, bu da illik müqayisədə 14 milyon 274 min manat və ya 17% çoxdur.
2023-cü ilin eyni dövründə 82 milyon 368 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 79% təşkil edib ki, buda illik 11% çoxdur. 2023-cü ilin nəticələrinə görə zərərlilik əmsalı 68% olub.