Azərbaycanın bank sektorunda orta sahibkarlığa kreditləşmə artmaqda davam edib.
Belə ki, 2025-ci ilin sonuna orta biznesə yönələn kreditlərin həcmi 2 milyard 289 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu,digər sahibkarlıq növləri arasında ən yüksək illik artım tempidir. Ötən ilin sonu ilə müqayisədə orta biznesə kreditlər 455 milyon manat və ya 24,8% artıb.
Aylıq müqayisədə isə artım 9,8 milyon manat (0,4%) təşkil edib.
Xatırladaq ki,2025-ci ilin dekabrın 1-nə orta sahibkarlığa verilən kreditlər 2 milyard 279,2 milyon manat, 2024-cü ilin sonunda isə 1 milyard 834 milyon manat idi.











