Azərbaycanda kənd təsərrüfatı sahəsinin kreditləşdirilməsi yüksək templə davam edir. Bu ilin oktyabrın 1-nə aqrar sektora yönələn kreditlərin həcmi 1 milyard 952,6 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 273,6 milyon manat və ya 16,3% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-də bu sahəyə 1 milyard 679 milyon manat kredit verilmişdi.
Artım bütün dövrlərdə davamlı olub. Ötən ilin sonuna (1 mlrd. 786,3 mln. manat) nəzərən portfel 166,3 milyon manat (9,3%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 63,5 milyon manatlıq (3,4%) artım qeydə alınıb.
Xatırladaq ki, aqrar sektora verilən kreditlər ötən ilin eyni dövründə 1 milyard 679 milyon manat, ötən ilin sonunda 1 milyard 786,3 milyon manat, bu ilin sentyabrın 1-də isə 1 milyard 889,1 milyon manat idi.













