Azərbaycanda kənd təsərrüfatı sahəsinin kreditləşdirilməsi yüksək templə davam edir. Bu ilin noyabrın 1-nə aqrar sektora yönələn kreditlərin həcmi 1 milyard 989,4 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 272 milyon manat və ya 15,8% artım deməkdir.
Belə ki, ötən ilin noyabrın 1-də bu sahəyə 1 milyard 717,4 milyon manat kredit verilmişdi.
Artım bütün dövrlərdə davamlı olub. Ötən ilin sonuna (1 mlrd. 786,3 mln. manat) nəzərən portfel 203,1 milyon manat (11,4%) böyüyüb. Təkcə son bir ayda isə (oktyabra nəzərən) 36,8 milyon manatlıq (1,9%) artım qeydə alınıb.
Xatırladaq ki, aqrar sektora verilən kreditlər bu ilin oktyabrın 1-nə 1 milyard 952,6 milyon manat, ötən ilin sonunda 1 milyard 786,3 milyon manat, ötən ilin eyni dövründə isə 1 milyard 717,4 milyon manat idi.











