Azərbaycanın bank sektorunda sənaye sahəsinə yönələn kreditlərin həcmində azalma müşahidə olunur. Bu ilin noyabrın 1-nə sənayeyə verilən kreditlərin ümumi həcmi 2 milyard 692 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101,9 milyon manat və ya 3,6% azalma deməkdir.
Belə ki, ötən ilin noyabrın 1-də sənaye müəssisələrinə 2 milyard 793,9 milyon manat kredit ayrılmışdı.
Portfeldəki geriləmə ilin əvvəlindən bəri də davam edib. Ötən ilin sonuna (2 mlrd. 711,3 mln. manat) nəzərən portfel 19,3 milyon manat (0,7%) azalıb. Son bir ayda (oktyabra nəzərən) isə 8 milyon manatlıq (0,3%) artım qeydə alınıb.
Xatırladaq ki, sənayeyə verilən kreditlər bu ilin oktyabrın 1-nə 2 milyard 684 milyon manat, ötən ilin sonunda 2 milyard 711,3 milyon manat, ötən ilin eyni dövründə isə 2 milyard 793,9 milyon manat təşkil edirdi.











