“Kapital Bank” ASC-nin Müşahidə Şurasındakı dəyişiklikdən sonra üzvlərdən biri siyahıdan çıxarılıb.
"Kapital Bank"ın rəhbərliyi dəyişdi - YENİ TƏYİNATLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə 5 il 3 aydır “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü olan Kəmalə Nuriyeva Həsən qızı siyahıdan çıxarılıb.
Qeyd edək ki, həmin gün qəbul edilmiş qərara əsasən, Rövşən Allahverdiyev bankın Müşahidə Şurasının sədri, indiyə qədər M.Ş. sədr olan Cəlal Qasımov ( “PASHA Holding” MMC-nin baş icraçı direktoru) isə M.Ş. sədr müavini təyin edilib.
Kəmalə Nuriyeva “PAŞA Holding” MMC-nin Risklərin idarə edilməsi departamentinin direktorudur. O, həmçinin “PASHA Holding Türkiye”nin Müşahidə Şurasının üzvüdür.
Daha öncələr isə “PAŞA Bank” ASC, “PAŞA Sığorta” ASC-nin Müşahidə Şurasının üzvü kimi çalışıb.