Biznes kreditlərinin ucuzlaşması hiss olunur, lakin bu kreditləri stimullaşdırmaq lazımdır.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.
Eləcə də bax: «İstehlak kreditlərinə məhdudiyyət qoyacağıq» - ELMAN RÜSTƏMOV AÇIQLADI
"Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı yaxın günlərdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş müzakirə aparılacaq. Hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsi ilə biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektləridir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq", - deyə E.Rüstəmov qeyd edib.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - BİZNES KREDİTİ VERƏN BANKLAR - SİYAHI