Azərbaycanın ən byöük banklarından biri olan «KapitalBank» 2022-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu dlövrdə bankın faiz gəlirləri ötən illə müqayisədə 98 milyon manat və ya 28% artaraq 445,4 milyon manata yüksəlib. Bank təkcə kredit faizlərindən 359 milyon manat gəlir götürüb, qiymətli kağızlar siə «Kapitalbank»a 64 milyon manta yaxın gəlir gətirib.
Azərbaycanda ən çox və ən az komissiya haqqı toplayan banklar – SİYAHI, MƏBLƏĞLƏR
Bu dövrdə bankın faiz xərcləri isə cəmi 61,4 milyon manat olub. Nəticədə «KapitalBank» 3-cü rübü 384 milyon manat xalis faiz gəliri ilə tamamlayıb – ötən il bu göstərici 298 milyon manat idi.
Bu dıvrdə bankın qeyri-faiz gəlirləçri 287,5 milyon manat olub (36% artım), bunun 252,6 milyon manatı komissiya haqlarının payına düşüb (65 milyon manat və ya 35% artıb). «Kapitalbank»ın xaricivalyuta əməliyyatlarından gəlirləri də 62% artaraq ötənilki 21 milyon manatdan bu il 34 milyon manata yüksəlib.
2022-ci ilin 3-cürübünün sonuna «Kapitalbank»ın qeyri-faiz xərcəri 95 milyon manat və ya təqribən 40% artaraq ötənilki 237 milyon manatdan bu il 332 milyon manata yüksəlib. Bankda təkcə əmək haqqı fondu 35 milyon manat artaraq 138 milyon manata yüksəlib.
Nəticədə bank 3-cü rübü 339,6 milyon manat əməliyyat mənfəəti ilə başa vurub (67 milyon manat artıq). Bu məbləğin 71,8 milyon manatı ehtiyatlar üsçün ayrılıb, 57,1 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə bank 3-cü rübü 210,6 milyon manat xalis mənfəətlə bitirib. Bu ötən ilin eyni dövrünə nisbətən 75 milyon manat və ya 56% artıqdır.