"Kapital Bank" ASC 2024-cü ilin son rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, "Kapital Bank" 2024-cü ili ümumilikdə 186 milyon 501 min manat xalis mənfəət ilə başa vurub.
Bu dövrdə bankın faiz gəlirləri ötən illə müqayisədə 146,6 milyon manat və ya 21% artaraq 850,2 milyon manata yüksəlib. Bank təkcə kredit faizlərindən 702,1 milyon manat gəlir götürüb, qiymətli kağızlar siə «Kapitalbank»a 85,2 milyon manta yaxın gəlir gətirib. Kredit faizlərindən əldə edilən gəlirlər illik müqayisədə 165 milyon manat (31%) artıb.
Bu dövrdə bankın faiz xərcləri isə cəmi 229,3 milyon manat olub. Nəticədə «KapitalBank» 4-cü rübü 613 milyon manat xalis faiz gəliri ilə tamamlayıb – ötən il bu göstərici 584.4 milyon manat idi.
Faiz xərclərin böyük hissəsini - 166,3 milyon manatını depoitlər üzrə faiz xərclər təşkil edib ki, bu da illik müqayisədə 86 milyon manat (2,1 dəfə) çoxdur.
Bu dıvrdə bankın qeyri-faiz gəlirləri 624,7 milyon manat olub (illik 147,9 milyon manat və ya 31% artım), bunun 562,5 milyon manatı komissiya haqlarının payına düşüb (140,8 milyon manat və ya 33% artıb). «Kapitalbank»ın xarici valyuta əməliyyatlarından gəlirləri də 892 min manat (2%) artaraq ötənilki 50,9 milyon manatdan bu il 51,8 milyon manata yüksəlib.
Bu dövrdə qeyri-faiz xərcləri isə 817,3 milyon manat olub.Bu xərclər son bir il ərzində 173,2 milyon manat (27%) artıb.
Xərclərin 256 milyon manatı əmək haqqı, 81 milyon manatı ümumi və inzibati xərclərin, 43,2 milyon manatı amortizasiya xərclərinin, 437 milyon manatı digər xərclərin payına düşüb.
2023-ci ilin IV rübü ilə müqayisədə əmək haqqı xərcləri 47,2 milyon manat (23%) ümumi və inzibati xərclər 26,9 milyon manat (50%), amortizasiya xərcləri 10,8 milyon manat (33%), digər xərclər isə 88,3 milyon manat (25%) artıb.
Bank bu dövrdə 420,4 milyon min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 3,3 milyon manat (1%) artıqdır.
2024-cü ildə "Kapital Bankın aktivləri 11 milyard 372 milyon manata bərabər olub.
Aktivlər 2023-cü ilin sonu ilə müqayisədə 2 milyard 713 milyon manata yaxın və ya 30% artıb.
Aktivlərin 2 milyard 717 milyon manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri, 3 milyard 111 milyon manatını ticarət və investisiya qiymətli kağızları, 5 milyard 211 milyon manatını kredit portfeli, 535 milyon 879 min manatını digər aktivlər təşkil edib. Son bir il ərzində nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 500,6 milyon manat (23%), qiymətli kağızlara yatırımlar 1 milyard 523,3 milyon manat (96%), kredit portfeli 939 milyon 395 min manat böyüyüb.
Ötən il "Kapital Bank"ın kredit portfeli 5 milyard 211,2 milyon manat təşkil edib.
Bundan da 2 milyard 939,4 milyon manatı istehlak kreditlərinin, 1 milyard 666,4 milyon manatı biznes kreditlərinin, 605 milyon 309 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 939 milyon 385 min manat (22%), istehlak kredit portfeli 585 milyon 865 min manat (25%), biznes kreditlərinin həcmi 316 milyon 724 min manat, ipoteka kreditlərinin həcmi 36 milyon 796 min manat (6%) artıb.
Hesabat dövründə bankın öhdəlikləri 2 milyard 696 milyon manat (34,8%) artaraq 10 milyard 444 milyon manata bərabər olub.
"Kapital Bank"da depozit portfelinin həcmi 8 milyard 978,3 milyon manata yaxın olub.
Məlumata əsasən onun da 2 milyard 594,2 milyon manatı fiziki, 6 milyard 384,1 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfelində 2 milyard 656,7 milyon manat, başqa sözlə 42%, əhalinin əmanətlərində 688 milyon manat (36%), şirkətlərin əmanətlərində isə 1 milyard 968,7 milyon manat (44%) artım baş verib.
Hesabat dövründə bankın balans kapitalı 16 milyon 647 min manat (1,8%) artaraq 927 milyon 943 min manata yüksəlib. Bölüşdürülməmiş mənfəətin həcmində isə 10 milyon 389 min manat (1,8%) artım baş verib və 599 milyon 314 min manat təşkil edib.