Ölkənin aparıcı banklarından olan Bank of Baku IV rübün sonuna maliyyə nəticələrini açıqlayıb.
FAİZ GƏLİRLƏRİNDƏ ARTIM
FED.az hesabata istinadən xəbər verir ki, faiz gəlirləri 152,7 milyon manat təşkil edib.
İllik müqayisədə gəlirlər 24,4 milyon manat, yəni 19% artıb.
Faiz gəlirlərinin 144,3 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 22,5 milyon manat (18%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 15 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 3,5 milyon manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 4,3 milyon manat, digər faiz gəlirləri isə 596 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri fə 1,9 milyon manat (81%), digər faiz gəlirləri 299 min manat (2 dəfə) artıb.
Hesabat dövründə bankın faiz xərcləri 13,6 milyon manat (33%) artaraq 54,6 milyon manata bərabər olub. Bunun da böyük hissəsi - 50,9 milyon manatı depozitlər üzrə faiz xərcləridir ki. bu da illik müqayisədə 12,9 milyon manat (34%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 98 milyon manat təşkil edib. Bu da son bir ildə 10,8 milyon manat və ya 12% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 18,7 milyon manat, xərcləri isə 85,6 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 5,3 milyon manat (40%). xərcləri isə 11,9 milyon manat (16%) artıb.
Qeyri-faiz gəlirlərinin 18,9 milyon manatı alınan haqq və komisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 5 milyon manat və ya 37% artımdır.
Xərclərin 35,1 milyon manatı əmək haqqı, 5,3 milyon manatı ümumi və inzibati xərclərin, 2,5 milyon manatı amortizasiya xərclərinin, 42,6 milyon manatı digər xərclərin payına düşüb.
2023-cü ilin son rübü ilə müqayisədə əmək haqqı xərcləri 1,9 milyon manat (6%), ümumi və inzibati xərclər 12 min manat (0,2%), amortizasiya xərcləri 392 min manat (19%), digər xərclər isə 9,6 milyon manat (29%) artıb.
"Bank of Baku" 8,9milyon manat mənfəət vergisi ödənişindən sonra ötən ili 25,9 milyon min manat xalis mənfəətlə başa vurub. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 472 min manat (2%) çoxdur.
Aktivləri və kredit portfeli böyüyüb
Bank of Bakunun aktivləri 2024 ilin IV rübündə 934,3 milyon manat təşkil edib. Aktivlər ötən ilin sonu ilə müqayisədə 63,4 milyon manat və ya 7% böyüyüb.
Aktivlərin də 64,7 milyon manatını nağd pul vəsaitləri, 44,4 milyon manatını isə qiymətli kağızlara yatırımlar təşkil edib.Nağd pul vəsaitləri 11,5 milyon manat (22%) artıb.
Bankın kredit portfeli 760,4 milyon manat təşkil edib ki, bundan istehlak kreditlərinin payına 579,3 milyon manat, biznes kreditlərinin payına 132,7 milyon manat, daşınmaz əmlak kreditlərinin payına 48,4 milyon manat düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 101,4 milyon manat (15%), istehlak kredit portfeli 103,2 milyon manat (22%), ipoteka kreditlərinin həcmi 13,5 milyon manat (39%) artıb.
Ümumi kredit portfelinin 55,2 milyon manatını mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat vəsaiti təşkil edib.
Nəticədə xalis kredit portfelinin həcmi 705,3 min manata bərabər olub ki, bu da illik 105,8 milyon manat və ya 18% artım deməkdir.
Hesabat dövründə bankın öhdəlikləri 778,6 milyon manat təşkil edib. Öhdəliklər son 46,7 milyon manat, başqa sözlə 5% artıb.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
"Bank Of Baku"nun depozit portfelində də artım müşahidə olunub. Belə ki, bu dövrdə bank 592,5 milyon manat depozit portfelinə malik olub. Onun da 535,2 milyon manatı fiziki, 57,3 milyon manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 76,7 milyon manat (15%), fiziki şəxslərin depozitləri 59,5 milyon manat (13%), hüquqi şəxslərin depozitləri isə 17,2 milyon manat (43%) artıb.
Bank of Baku 2024-cü ilin sonunda 155,7 milyon manat kapitala malik olub ki, bu da illik müqayisədə 16,7 milyon manat və ya 12% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 15,7 milyon manat və ya 20% artaraq 92,3 milyon manat təşkil edib.
MƏLUMAT YENİLƏNİR...