Kapital Bank bu ilin birinci rübündə 22 milyon 262 min manat xalis mənfəət əldə edib. FED.az bankın "Mənfəət və Zərər" üzrə hesabatına istinadən xəbər verir ki, faiz gəlirləri 73 milyon 466 min manat təşkil edib. Bu məbləğin 19 milyon 414 min manatı faizlər üzrə xərclərə sərf olub. Nəticədə bank 54 milyon xalis faiz gəliri əldə edib. Bankın qeyri- faiz gəlirləri 32 milyon 868 min manatdır. Qeyri-faiz xərcləri isə gəlirlərini üstələyərək 36 milyon 742 min manat olub.
Beləliklə, bankın əməliyyat mənfəəti 50 milyon 178 min manat təşkil edib.
Kapital bank aktivlər üzrə ehtiyyata 21 milyon 999 min manat ayırıb. Bank öz mənfəətindən büdcəyə 5 milyon 916 min manat ödəyib.
Eləcə də bax :Bank Melli İran mənfəət və zərərini gizlətdi - HESABAT
Eləcə də bax :Bank yenə zərərdə qaldı - HESABAT
Eləcə də bax: Bank zərərdən mənfəətə keçdi
Kapital Bank-ın aktivləri 1 aprel 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,2 milyard manat olub. FED.az xəbər verir ki, müştəri depozitlərinin həcmi 1 aprel 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur.
Bankın 1 aprel 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 225,3 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.