FED.az xəbər verir ki, ilin ilk yarısında bankın faiz gəlirləri 150 mln 657 manat, faiz xərcləri 38 milyon 832 min manat, qeyri-faiz gəlirləri 70 milyon 757 min manat, qeyri-faiz xərcləri 75 milyon 441 min manat olub.
Nəticədə bankın əməliyyat mənfəəti 106 milyon 979 min manat təşkil edib. Bunu 54 milyon 74 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Bakıdakı İran bankı mənfəətdədir – HESABAT
11 milyon 231 min manat da vergilərə ödəniləndən sonra bankın xalis mənfəəti 41 milyon 673 min manat olub.
Bunun 22 milyon 262 min manatı birinci rübdə, 19 milyon 441 min manatı ikinci rübdə əldə edilib. Bşqa sözlə, ikinci rübdə Kapital bankın xalis mənfəəti 1ci rübə nisbətən 2 mln 851 min azalıb.
İkinci rübdə bankın aktivləri təqribən 406 milyon manat artaraq 3 573,4 milyon manat təşkil edib.
Paralel olaraq bankın öhdəlikləri 385,5 milyon manat artaraq 3 301,1 milyon manat olub.
Bu dövrdə bankdakı depozitlər 381 milyon manat artıb, əvəzində «Kapitalbank»da digər bankların və maliyyə institutlarının depozitləri 27 milyon manat azalaraq 198 milyon manata düşüb.