“Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat civarındadır.
AMB sədrindən "Naxçıvan Bank"la bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direktoru Fərid Hüseynov deyib.
O bildirib ki, portfelin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb.
Fərid Hüseynov bildirib ki, Kapital Bank-ın hansısa bankı, o cümlədən "Naxçıvan Bank”ı almaq planı yoxdur.
“2023-cü il üzrə ötürülən portfel bankın 3%-i civarındadır. Bu da kiçik rəqəmdir. Məqsəd müştərilərin rahatlığını təmin etməkdir”- Fərid Hüseynov əlavə edib.