“Kapital Bank” ASC-nin Audit Komitəsinin üzvlərindən biri dəyişib.
Eləcə də bax: “Expressbank”da - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Cəmil Məmmədov bankın Audit Komitəsinin üzvlüyündən çıxıb, onun yerinə bu günə qədər Daxili audit xidmətinə rəhbərlik edən Svetlana Əliyeva seçilib.
Daxili audit xidmətinə isə bundan sonra Rauf Osmanov rəhbərlik edəcək.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.