“Expressbank” ASC-də yeni təyinat baş tutub.
Eləcə də bax: “Premium Bank”ın rəhbərliyində dəyişiklik – TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Niyaməddin Bayramov Biznes bançılığı departamentinin direktor müavini təyin edilib.
O, 2022-ci ilin fevralından etibarən bu departamentdə müvafiq vəzifəni icra edəcək.
Qeyd edək ki, N.Bayramov 2004-cü ildə ilk bank işinə “AccessBank” QSC-də kredit mütəxəssisi kimi start vermiş, 2009-2011-ci ildə filial müdrinin müavini, 2011-2019-ci illərdə filial müdri, 2019-2021-ci illərdə isə Kiçik və orta biznes müştəriləri üzrə departamentin direktoru vəzifəsində çalışmışdır.
Hazırda “Expressbank”ın Biznes bankçılıq departamentinin direktоru Orxan Səmədovdur.