FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Lətifov Kamil “Premium Bank” ASC-nin “Komplayens” departamentinin direktoru vəzifəsinə təyin edilib.
Eləcə də bax: Azad Məmmədov “İrşad Electronics”dən uzaqlaşdı – YENİ TƏYİNAT
K.Lətifov 2008-ci ildən bank sektorunda çalışır. Karyerasına “Bank of Baku “ ASC-də başlamışdır, 2016-cı ildən “Kapital Bank” ASC-də “şöbə rəisi” kimi çalışırdı.
O, Türkiyənin “Boğaziçi” Universitetində MBA dərəcəsinə yiyələnib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistr təhsili alıb. Hazırda “iqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üzrə təhsilini davam etdirir.
Kamil Lətifov bir çox beynəlxalq və yerli sertifikatlara malikdir.
Bura daxildir:
• Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə (PL/TMM) üzrə ABŞ-ın ən nüfuzlu sertifikatı olan “CAMS”-ı Azərbaycanda ilk əldə edən şəxs olması;
• Maliyyə Monitorinqi Xidmətinin PL/TMM üzrə sertifikasiya proqramını keçərək “Milli Ekspert” sertifikatı əldə etməsi.
O, Azərbaycan Banklar Assosiasiyasının “Komplayns” üzrə ekspert qrupunun üzvüdür.