“PAŞA Bank” ASC-də yeni təyinat baş tutub.
Eləcə də bax: Fuad İsmayılov nazirlikdə yüksək vəzifəyə - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Babək Rəsulzadə Rəşid oğlu bankın Daxili audit xidmətinin (departamenti) rəhbəri təyin edilib.
B.Rəsulzadə bu vəzifədə Rauf Osmanov Teymur oğlunu əvəzləyib. Qeyd edək ki, B.Rəsulzadə buna qədər “Kapital Bank” ASC-nin Daxili audit xidmətinin rəhbərinin müavini vəzifəsində çalışırdı.