17 noyabr 2022-ci il tarixində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: «KapitalBank» böyük mənfəət açıqladı – 210 MİLYON MANAT – HESABAT
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- “Kapital Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi haqqında.
- “Kapital Bank” ASC-nin nizamnaməsinin yenilənməsi məsələsi haqqında.
- “Kapital Bank” ASC-nin müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında.
- Digər məsələlər.
Yığıncaq Bankın Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.
“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i “Paşa Holdinq”-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245 milyon 850 min manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
Xəbər verdiyimiz kimi, "Kapital Bank" ASC 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 210 milyon 609 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Kapital Bankı"ın xalis mənfəəti 75 milyon 428 min manat və ya 55,8% artıb.