Kapital Bank 2022-ci ilin nəticələri üzrə səhmdarlarına dividend ödəyəcək.
«Kapital Bank» yeni baş ofisə köçür - 38 MİLYON İCARƏ HAQQI ÖDƏYİB
FED.az xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, iyul 6-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Gündəliyə daxil edilmiş əsas məsələ 2022-ci ilin yekunlarına əsasən səhmdarlara dividend ödənişi ilə bağlıdır.
Qeyd edək ki, ümumi yığıncaq bankın Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində baş tutacaq.