“Kapital Bank” ın 2024-cü ilin dördüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«PAŞA Holding»in hansı bankı daha yaxşı işləyib? – «KAPİTAL BANK», yoxsa «PAŞA BANK» - MÜQAYİSƏ
FED.az xəbər verir ki, “Kapital Bank” ölkənin bank sistemində xərclərin payına görə birinci yerdədir. Bankın ümumi xərcləri 1 milyard 46 milyon 529 min manat olub.
2023 və 2024-cü illəri müqayisə etdik də "Kapital Bank"ın xərclərində əhəmiyyətli artım müşahidə olunur. 2023-cü ildə ümumi xərclər 759,594 min manat olduğu halda, 2024-cü ildə bu rəqəm 1,046,529 min manata yüksəlib. Yəni üçdə birdən çox – təxminən 38% artım baş verib.
İnzibati xərclər 54,127 min manatdan 81,026 min manata yüksəlib. Bu, 49.7% artım deməkdir. Ümumi xərclərdəki payı isə 7%-dən 8%-ə qalxıb.
Əməkhaqqı xərcləri də ciddi şəkildə artıb. 2023-cü ildə 208,733 min manat olan bu xərc, 2024-cü ildə 255,979 min manata çatıb. Təxminən 22.6% artım qeydə alınıb. Ümumi xərclərdə payı isə 27%-dən 24%-ə enib.
Depozit faizləri üzrə xərclər əvvəl 80,370 min manat idisə, 2024-cü ildə 166,327 min manata yüksəlib. İki dəfədən çox – 107% artım var. Ümumi xərclərdə payı da 11%-dən 16%-ə yüksəlib.
Kredit faizləri xərci 24,115 min manatdan 33,559 min manata artıb. Artım 39% təşkil edir. Ümumi xərclərdə payı 3% olaraq qalıb.
Qiymətli kağızlardan (QK) faiz xərcləri isə 4,325 min manatdan 10,272 min manata çatıb. Bu isə təxminən 2.4 dəfə artım deməkdir. Payı isə 1% olaraq sabit qalıb.
Azərbaycan Mərkəzi Bankına kredit xərcləri 53 min manatdan 0-a düşüb, yəni tamamilə aradan qalxıb.
Amortizasiya xərcləri isə 32,403 min manatdan 43,220 min manata yüksəlib. Bu, 33.4% artım deməkdir, amma ümumi xərclərdəki payı sabit qalaraq 4% olub.
Digər faiz xərcləri 6,730 min manatdan 19,115 min manata yüksəlib. Təxminən 2.8 dəfə artıb, lakin ümumi xərclərdəki payı 2%-də sabit qalıb. Digər qeyri-faiz xərcləri isə 348,738 min manatdan 437,031 min manata qalxıb. 25.3% artım müşahidə olunur, lakin ümumi xərclərdəki payı 45%-dən 42%-ə enib.
Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
166 327 |
16% |
AMB kredit xərci |
|
|
Kredit faizləri |
33 559 |
3% |
QK- faiz xərci |
10 272 |
1% |
Digər faiz xərcləri |
19 115 |
2% |
Qeyri -faiz xərcləri |
||
İnzibati xərclər |
81 026 |
8% |
Əmək haqqı xərcləri |
255 979 |
24% |
Amortizasiya xərcləri |
43 220 |
4% |
Digər qeyri faiz xərcləri |
437 031 |
42% |
|
|
|