FED.az Azərbaycanın ən böyük banklarından biri, ən böyük filial şəbəkəsinə və gəlirlərin həcminə malik olan “Kapital Bank”ın gəlir mənbələrini təqdim edir.
Kapital Bank 2024-cü il üzrə - Maliyyə Nəticələrini Elan Edib
FED.az xəbər verir ki, Kapital Bank 2024-cü ildə ümumi 1 473 399 000 manat gəlir əldə edib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 292 587 000 manat və ya 24,8% daha çoxdur. 2023-cü ildə bankın ümumi gəliri 1 180 812 000 manat təşkil edirdi.
Kredit faizlərindən gəlirlər son bir il ərzində 165 042 000 manat artaraq 702 132 000 manata yüksəlib. Bununla da bu mənbənin ümumi gəlirdəki payı 46%-dən 47%-ə qalxıb.
Komissiya haqları üzrə gəlirlər 2023-cü ildə 421 768 000 manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 562 524 000 manata çatıb. Artım 140 756 000 manat və ya 33,4% olub. Ümumi gəlirdəki pay isə 35%-dən 37%-ə yüksəlib.
Valyuta əməliyyatlarından gəlirlər cüzi fərqlə artsa da, ümumi gəlirdəki pay 4% olaraq qalıb. 2023-cü ildə bu sahədən 50 909 000 manat gəlir əldə edilmişdisə, 2024-cü ildə bu rəqəm 51 805 000 manata çatıb. Artım 896 000 manat və ya 1,8% olub.
Qiymətli kağızlardan faiz gəlirləri əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ildə 113 036 000 manat olan bu gəlir mənbəsi 2024-cü ildə 85 178 000 manata düşüb. Nəticədə, 27 858 000 manat və ya 24,7% azalma baş verib.
Digər banklarda depozitlərdən gəlirlər demək olar ki, dəyişməyib. 2023-cü ildə 35 117 000 manat olan bu göstərici 2024-cü ildə 34 374 000 manat təşkil edib. Azalma 743 000 manat və ya 2,1% müşahidə olunub.
Digər banklardan kredit gəlirləri 2024-cü ildə kəskin şəkildə azalıb. 2023-cü ildə 7 774 000 manat olan bu göstərici 1 036 000 manata qədər azalıb. Müqayisə etsək, fərq 6 738 000 manat və ya 86,7%-dir.
Digər faiz gəlirləri isə əksinə, əhəmiyyətli artım göstərib. 2023-cü ildə 10 643 000 manat olan bu göstərici 2024-cü ildə 27 537 000 manata qalxıb. Artım nə az, nə çox 16 894 000 manat və ya 158,8% təşkil edib.
Digər qeyri-faiz gəlirləri də son bir ildə nəzərəçarpacaq dərəcədə yüksəlib. 2023-cü ildə 4 375 000 manat olan gəlir mənbəsi, 2024-cü ildə 8 813 000 manat olub. Artım 4 438 000 manat və ya 101,4% təşkil edib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
702 132 |
47% |
QK-a investisiyadan gəlir |
562 524 |
37% |
Digər banklara depozitlərdən gəlirlər |
51 805 |
4% |
Digər banklara kreditlərdən gəlirlər |
85 178 |
6% |
Komissiya haqları |
34 374 |
2% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 036 |
1% |
Digər faiz gəlirləri |
27 537 |
2% |
Digər qeyri-faiz gəlirləri |
8 813 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
1 473 399 |
100% |