Azərbaycanda fəaliyyət göstərən 26 bank bu ilin I yarısını 371,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 4 507,8 milyon manat məbləğində nizamnamə kapitalının 8,25%-i qədərdir.
Eləcə də bax: Azərbaycanda 7 bankın nizamnamə kapitalı - 200 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 75,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Bank of Baku" ASC tutub. Bu bank ötən yarım ildə nizamnamə kapitalının 10,2%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" kapitalının məbləğinə görə, 28 bank arasında 22-ci yerdə qərarlaşıb.
Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 9,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 1-cidir.
Mənfəətlə işləyən qalan 18 bankdan 12-də sözügedən göstərici 1-9% arasında, 6 bankda isə 0-1% arasında dəyişir.
№ |
Bankın adı |
Bankın yarım illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 |
Kapital Bank |
75,5% |
2 |
Bank of Baku |
10,2% |
3 |
Azərbaycan Beynəlxalq Bankı |
9,5% |
4 |
PAŞA Bank |
8,7% |
5 |
Unibank |
7,2% |
6 |
Naxçıvan Bank |
6,2% |
7 |
Bank Respublika |
6,1% |
8 |
Express Bank |
5,9% |
9 |
Azərbaycan Sənaye Bankı |
5,6% |
10 |
Premium Bank |
4,9% |
11 |
Xalq Bank |
4,7% |
12 |
AFB Bank |
4,6% |
13 |
Zıraat Bank Azərbaycan |
3,5% |
14 |
Rabitəbank |
1,8% |
15 |
Turan Bank |
1,6% |
16 |
Günay Bank |
1,0% |
17 |
Yapı Kredi Bank Azərbaycan |
0,9% |
18 |
İran Milli Bankı - Bakı |
0,6% |
19 |
Access Bank |
0,6% |
20 |
Bank VTB Azərbaycan |
0,5% |
21 |
Azər-Türk Bank |
0,1% |
22 |
Bank BTB |
-0,2% |
23 |
Muğan Bank |
-1,8% |
24 |
Pakistan Milli Bankı - Bakı |
-2,5% |
25 |
Bank Avrasiya |
-3,2% |
26 |
Yelo Bank |
-3,9% |
(Renkinq)