Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il iyulun 1-nə nizamnamə kapitalı 200 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 7 bankın balans kapitalı - 100 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Xalq Bank" (364,773 milyon manat), "Yelo Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat), "Bank VTB Azərbaycan" (315,815 milyon manat), "Access Bank" (258,718 milyon manat) və "Kapital Bank"dır (225,85 milyon manat).
Qalan 19 bankdan 5-də nizamnamə kapitalı 100-200 milyon manat arasında, 10 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)