“Kapital Bank” ASC-nin aktivləri 1 oktyabr 2020-ci il tarixinə 5 milyard manat təşkil edib. O cümlədən müştərilərə verilən kreditlər isə 2,2 milyard manat olub.
Eləcə də bax: "Kapital Bank"ın sahibləri bu il böyük məbləğ qazanıb - YENƏ ÖDƏYƏCƏK - AÇIQLANDI
FED.az xəbər verir ki, bankda müştəri depozitləri 1 oktyabr 2020-ci il tarixinə 3,7 milyard manat təşkil edib.
Bankın 1 oktyabr 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 539 milyon manat, adi və imtiyazlı səhmlərinin ümumi dəyəri isə 245 milyon manat olub.
“Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.