Azərbaycanın aparıcı banklarından olan "Kapital Bank" səhmdarlarına dividend ödəyəcək.
Bankdan FED.az-a bildirilib ki, hər ilin maliyyə göstəricilərinin yekunlarına əsasən Kapital Bank səhmdarlarına əldə etdiyi mənfəətdən dividendlər ödəyir.
"2020-ci il ərzində də Kapital Bank 2019-cu ilin mənfəətinə əsasən səhmdarlarına dividendlər ödəyib. Ölkədə pandemiya olduğuna baxmayaraq, cari ilin may, iyun, iyul, avqust və sentyabr aylarına əsasən səhmdarlara ümumilikdə 112 milyon manat dividend ödəyib. Bu məbləğin 6 milyonu imtiyazlı səhmlərin üzərinə düşür"-deyə bildirilib.
Kapital Bank dividendlərin növbəti hissəsinin 2021-ci ilin yanvar ayında ödənilməsi ilə bağlı Səhmdarlarının Ümumi Yığıncağının iclasıni çağırır. Bununla əlaqədar səhmdarlar, qeyd olunan vaxtda əvvəlki qaydada bankın filiallarına müraciət edə bilərlər.
Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99,87%-i Paşa Holdinq-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245,8 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.