“Kapital Bank” ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın ən böyük banklarından biri, ən böyük filial şəbəkəsinə və gəlirlərin həcminə malik olan “Kapital Bank”ın gəlir mənbələrini təqdim edir.
Kapital bazarına nəhəng oyunçu daxil olur - «BİRBANK İNVESTİSİYA» TƏTBİQİ İŞƏ DÜŞƏCƏK
2023-cü ilin üçücü rübünün nəticələrinə görə “Kapital Bank”ın, ümumi gəlirləri 843 milyon 524 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində 1-ci yerdədir.
Bankın ümumi gəlirlərinin həcmi böyük olduğuna görə, bankın ayrı-ayrı sahələrdən gəlirləri də iri rəqəmlərlə ölçülür.
Belə ki, hesabat dövrünün üçüncü rübündə “Kapital Bank”ın gəlirlərinin böyük hissəsi –390 milyon 73 min manatı və ya bütün gəlirlərin 46%-i kredit portfelinin gəlirlərindən formalaşıb. “Kapital Bank” ölkədə kredit portfeli ən böyük olan banklardandır və portfelin böyük hissəsi istehlak kreditlərinin payına düşür, ona görə də faiz gəlirləri nəhəng rəqəmlərlə ölçülür. Komissiya haqlarında isə “Kapital Bank”ın ikinci rüb ərzində komissiya haqqı gəlirləri 296 milyon 858 min manat təşkil edib ki, bu da bütün gəlirlərin 35%-i deməkdir. “Kapital Bank”ın valyuta əməliyyatlarından gəlirləri isə 32 milyon 116 min manat təşkil edib. Bu ümumi gəlirlərin 4%-i deməkdir. Bank qiymətli kağızlardan da kifayət qədər gəlir götürüb . Təkcə üçüncü rüb ərzində bankın fond bazarındakı yatırımlarından gəlirləri 84 milyon 874 min manat təşkil edib. Ümumi gəlirlərin 10%-i bu sahədən yaranıb.
Nəhayət, “Kapital Bank” başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 29 milyon manatdan artıq gəlirlər əldə edib.Daha 9 milyon manat isə “Kapital Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub.Ümumiyyətlə, “Kapital Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 61%, qeyri-faiz gəlirləri 39% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
390 073 |
46% |
QK-a investisiyadan gəlir |
84 874 |
10% |
Digər banklara depozitlərdən gəlirlər |
24 275 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
5 930 |
1% |
Komissiya haqları |
296 858 |
34% |
Valyuta əməliyyatlarından gəlirlər |
32 116 |
4% |
Digər faiz gəlirləri |
7 232 |
1% |
Digər qeyri-faiz gəlirləri |
2 166 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
843 524 |
100% |