Azərbaycanın 2-ci ən böyük bankı olan «Kapital bank» müştərilərinə qiymətli kağızlarla bağlı da xidmət təklif etməyə hazırlaşır.
"Kapital Bank"ın sədri: "Bu il 200 milyon manat civarında xalis mənfəət gözləyirik"
Bu barədə FED.az-a «Kapital bank»ın idarə heyətinin sədri Fərid Hüseynov bildirib.
Onun sözlərinə görə, bank Broker xidməti təqdim edilməsi üçün mobil tətiq istifadəyə verəcək.
«Banklara müəyyən bir brokil xidmətlərinin təqdim olunması gündəmdədir. Növbəti ilin əvvələrində proseslərdən keçidkdən və mexanizmlər müəyyən olunduqdan sonra banklara bir qisim broker xidməişləri ilə məşğul olmaq imkanı olacaqdır».
«Kapital bank» artıq bu dövrə hazırlaşır və gələn ildən öz müştərilərinə broker xidməti göstərmək üçün mobil tətbiq istifadəyə veriləcək:
«Bizim bu istiqamətdə bir yeniiliyimiz də olacaq. «Bir bank investsiya» mobil tətbiqi qurmaq istəyirik və bu gələn ilin 1ci ya 2ci rübündə baş verəcək. Onun vasitəsilə artıq bizim müştərilər həm beynəlxaq bazarlarda ticarət edə, həm də yerli bazarın qiymətli kağızlarını əldə edə biləcəklər».