Bu ilin İyun ayında bankların kredit portfeli 1.1% və ya 271.3 mln. manat artaraq 25 milyard 429.5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfelinin strukturunda biznes kreditləri – 54.6% (13,874.8 mln. manat), istehlak kreditləri – 30% (7,633.8 mln. manat) və ipoteka kreditləri – 15.4% (3,920.8 mln. manat) təşkil edib.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.