Bu ilin ilk yarısında fəaliyyətdə olan bankların cəmi aktivləri 50 mlrd. 328.1 mln. manat, cəmi öhdəlikləri 44 mlrd. 086.3 mln. manat, balans kapitalı 6 mlrd. 241.8 mln. manat olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İyun ayında bank sektorunun cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 2.4% və 3% artıb. Bunun əksinə balans kapitalı isə 1.4%azalıb.
Balans kapitalının azalması dividend ödənişləri ilə bağlı olub.