Bank sektorunda kreditləşmənin əsas rolu olan istehlak kreditləri portfeli dekabrın 1-nə 9 milyard 318,8 milyon manata yüksəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 895,9 milyon manat və ya 10,6% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə əhaliyə verilən istehlak kreditlərinin həcmi 8 milyard 422,9 milyon manat idi.
Artım bütün müqayisə dövrlərində davamlı olub. Ötən ilin sonu (8 mlrd. 445 mln. manat) ilə müqayisədə portfel 873,8 milyon manat (10,4%) böyüyüb. Təkcə son bir ayda isə (noyabra nəzərən) 86,4 milyon manat (0,9%) artım qeydə alınıb.
Xatırladaq ki, istehlak kreditləri portfeli bu ilin noyabrın 1-nə 9 milyard 232,4 milyon manat, ötən ilin sonunda 8 milyard 445 milyon manat, ötən ilin eyni dövründə isə 8 milyard 422,9 milyon manat idi.












