Azərbaycanın kredit portfelinin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi dekabrın 1-nə 15 milyard 804,8 milyon manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 58,1 milyon manat və ya 7,2% artım deməkdir.
Ötən ilin eyni dövründə bankların biznes kreditləri portfeli 14 milyard 746,7 milyon manat təşkil edirdi.
Portfelin qısamüddətli dinamikası da artımla yadda qalıb. Ötən ilin sonuna (14 mlrd. 787,2 mln. manat) nəzərən 1 milyard 17,6 milyon manatlıq (6,9%) artım olsa da, noyabr ayı ərzində biznes kreditləri 181,4 milyon manat (1,2%) artıb.
Müqayisə üçün qeyd edək ki, biznes kreditləri portfeli bu ilin noyabrın 1-nə 15 milyard 623,4 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövründə isə 14 milyard 746,7 milyon manat təşkil edirdi.












