Azərbaycanda daşınmaz əmlak kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların daşınmaz əmlak kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "ZiraatBank Azərbaycan"-da 82,3%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 10,5 milyon manat həcmində artıb.
"ZiraatBank Azərbaycan"-dan sonra artıma görə ikinci yerdə 65,4% və ya 4 milyon manat göstərici ilə "Access Bank" gəlir.
İpoteka kredit portfelini 50,1% və ya 144,6 milyon manat artıran "Xalq Bank" üçüncüdür.
"Paşa Bank"-nın ipoteka kredit portfeli ötən ilin sonu ilə müqayisədə 35,5% və ya 55,2 milyon manat dəyərində böyüyüb.
"Yapı Kredi Bank Azərbaycan"-nın ipoteka kredit portfelində təxminən 34,5% və ya 12 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 33,5% (11,7 milyon manat) artımla "Bank of Baku" yer alıb.
"Azərbaycan Beynəlxalq Bankı"-nın ipoteka kredit portfeli isə 4,3 milyon manat (26,3%) böyüyüb
Hesabat rübündə yalnız "Melli İran Bankı"nın ipoteka kredit portfelində azalma baş verib.