Azərbaycanda istehlak kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların istehlak kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "ZiraatBank Azərbaycan"-da 83,5%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın istehlak kredit portfeli 2,3 milyon manat həcmində artıb.
"ZiraatBank Azərbaycan"-dan sonra artıma görə ikinci yerdə 62,7% və ya 12,1 milyon manat göstərici ilə "Premium Bank" gəlir.
İstehlak kredit portfelini 28,4% və ya 21,2 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.
"Azərbaycan Beynəlxalq Bankı"-nın istehlak kredit portfeli ötən ilin sonu ilə müqayisədə 27,9% və ya 381,6 milyon manat dəyərində böyüyüb.
"Yelo Bankı"ın istehlak kredit portfelində təxminən 24,9% və ya 51,8 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 23,9% (54,7 milyon manat) artımla "Azər Türk Bank" yer alıb.
Hesabat rübündə ümumilikdə 17 bankın istehlak kredit portfelində ötən ilin sonu ilə müqayisədə böyümə, 5 bankın kredit portfelində azalma baş verib.