İsveç Bankı baza dərəcəsini son onilliklərdə ən yüksək səviyyəyə qaldırıb.
Bağlanan bankın rəhbərliyi 66 milyon dollarlıq - BONUSU ALA BİLMƏDİ
FED.az xəbər verir ki, İsveçin “”ı baza faiz dərəcəsinin daha 50 bənd artırdığını açıqlayıb. İndi dövlət tənzimləyicisinin baza dərəcəsi 3,5 faiz təşkil edir ki, bu da son onilliklərin ən yüksək göstəricisidir. Faizlərin artırılması bundan əvvəl olduğu kimi davam edən inflyasiya ilə mübarizə aparmaq üçün həyata keçirilir.
İsveçdə bu il 8,9 faizlik baza inflyasiyası azalmağa başlayıb, lakin 2 faizlik hədəf səviyyəsindən xeyli yüksəkdir və inflyasiya təzyiqlərinin hazırda proqnozlaşdırılandan daha uzun müddət yüksək qala biləcəyi narahatlıq doğurur.
Ümumilikdə, son 30 ildə ən yüksək həddə olan inflyasiya ilə bağlı Avropa mərkəzi bankları son vaxtlar dərəcələri kəskin şəkildə artırıblar. Hazırda artım templəri yavaşlayıb, çünki tənzimləyicilər maliyyə bazarlarında sarsıntıları və Aİ ölkələrindəki iqtisadiyyatın yavaşlamasını müşahidə edirlər. Lakin proses hələ ki, dayandırılmayıb.
Bütövlükdə, “Riksbank” keçən il dərəcələri artırmağa başlayan ən son tənzimləyicilərdən biri idi, bir neçə aşağı inflyasiya illərindən sonra aprel ayında onları sıfırdan yuxarı qaldırmaq qərarına gəlib. Lakin, görülən tədbirlər hələ 2022-ci ildə rekord göstəricilərə çatan inflyasiya səviyyəsinə yalnız bir qədər təsir edib. Bununla əlaqədar olaraq, Skandinaviya krallığında baza faiz dərəcəsi nisbətən qısa müddətdə - 1,5 il ərzində sıfırdan 3,5 faizə qaldırılıb.
Qeyd etmək lazımdır ki, İsveç ev təsərrüfatları dünyanın ən çox borcu olanlar sırasındadır və onların əksəriyyəti ipoteka kreditləri üzrə üzən faiz dərəcələrindən istifadə edir. İpoteka kreditləşməsinin rekord yüksək dəyəri artıq bazar aktivliyinə və nəticədə mənzil dəyərinə zərbə vurub. (Azərtac)