İsveçrə hökuməti müflis olaraq fəaliyyətini dayandıran Credit Suisse bankının top menecmentinə verilməsi nəzərdə tutulan 66 milyon dollarlıq mükafatı təxirə salıb.
İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
FED.az «Financial Times» qəzetinə istinadən xəbər verir ki, İsveçrə hökuməti ölkənin maliyyə nazirliyinə göstəriş verib ki, «Credit Suisse» bankının yüksək rəhbərliyi üçün nəzərdə tutulan 60 milyon İsveçrə frankı və ya 66 milyon dollarlıq bonusu ləğv etsin.
Bundan başqa, bankın yüksək idarəçilərinin maaşları 50%, ikinci səviyyəli idarəçilərinin maaşları isə 25% azaldılacaq,
«Belə diferensial yanaşma Bankın indiki vəziyyətinə görə, rəhbərliyin məsuliyyət dərəcəsini nəzərə alır»- deyə İsveçrə hökuməti bildirir.
Xatırladaq ki, müflis olduqdan sonra İsverə hökuməti «Credit Suisse» bankının ölkənin digər iri bankı olan «UBS» bankı ki tərəfindən udulmasına icazə verib.