Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin oktyabrın sonu üçün istehlak kreditlərinin məbləğini açıqlayıb.
FED.az AMB-ə istinadən xəbər verir ki, bu ilin oktyabrın sonuna istehlak kreditlərinin məbləği ilin əvvəlinə nəzərən 10,86% artaraq 5 mlrd 106,6 mln manat olub.İstehlak kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisi ilin əvvəlində 39,2% olduğu halda, oktyabrın sonunda artaraq 41,6% təşkil edib. Bu son 14 ayda istehlak kreditlərinin ən yüksək həddidir.
Eləcə də bax: Xaricilərin Azərbaycan banklarında əmanətləri 13% artıb
Xatırladaq ki, sonuncu dəfə 2017-ci ilin avqustunda istehlak kreditlərinin məbləği 5 mlrd 165 milyon manat olmuşdu. Sonrakı dövrlərdə kreditlərin məbləği azalıb, lakin 2018-ci ilin martından başlayaraq istehlak kreditlərinin məbləği yenidən artmağa başlayıb.
Qeyd edək ki, sentyabr ayında istehlak kreditlərinin məbləği 5 mlrd 51,1 mln maat idi. Başqa sözlə, təkcə oktyabr ayında istehlak kreditlərinin məbləği 55 milyon manat artıb
İstehlak kreditləri son 1 il yarımda - ƏN YÜKSƏK HƏDDƏ
13:23
6 Dek 2018