İranın Mərkəzi Bankına geniş kiberhücum olub.
FED.az xəbər verir ki, bu barədə İranın telekommunikasiya infrastruktur şirkəti məlumat verib.
İran Milli Bankının direktoru - İSTEFA VERDİ
Bildirilib ki, Mərkəzi Banka edilən kütləvi kiberhücumun qarşısı alınıb: “Ötən gecə Mərkəzi Bank, Yes və Rubika platformaları Paylanmış Xidmətdən İmtina (DDoS) hücumlarına məruz qalıb və qarşısı alınıb”.
Qeyd olunub ki, bu günlərdə xarici hücumların ən böyük həcmi banklara və maliyyə qurumlarına, internet provayderlərinə və kommunikasiya infrastrukturlarına qarşı olub və hücumlar dəf edilib. (Apaa)