İran Milli Bankının direktoru Əli Salehabadi tutduğu vəzifədən istefa verib.
İran pulu dollara nisbətdə rekord həddə ucuzlaşdı - ViIDEO
FED.az xəbər verir ki, bunu ölkənin Mərkəzi Bankının sözçüsü Vəfa Kamari bildirib.
Onun sözlərinə görə, maliyyə qurumunun İdarə Heyəti Əli Salehabadinin istefasını qəbul edib və Məhəmmədrza Fərzini yeni rəhbər seçilib.
V.Kərimi deyib ki, onun istefasına əsas səbəb olaraq İran milli valyutasının sürətlə ucuzlaşması göstərilib.
Məlumat üçün bildirək ki, hazırda 1 ABŞ dollarının 43 min tümənə mübadilə edildiyi bildirilir.
Qeyd edək ki, Məhəmmədrza Fərzini 2021-ci ildən Milli Bankda işləyir. O, 2019-2021-cü illərdə Sahibkarlar Bankının baş direktoru və bankın Direktorlar Şurasının sədri olub.
Xatırladaq ki, son günlər İranda 3 əyalətin - Sistan-Bəlucistan, Kerman və Xuzistanın ica hakimiyyəti başçıları, yol, nəqliyyat və şəhərsalma naziri tutduqları vəzifədən azad edilib. Həmin əyalətlərə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandirləri başçı təyin olunub.
İbrahim Rəisi infilyasiya, gündəlik tələbat mallarının bahalaşmasının qarşısını almaq üçün hökumətdə dəyişikliklər edir.
Bildirilib ki, ərzaq məhsullarının, o cümlədən çörək, lobya, meyvə, tərəvəz, çay, süd, yumurta, pendir, kərə yağı və başqaları 72,6 faiz bahalaşıb, qeyri-ərzaq və xidməti sahələrdə qiymətlər 37,1 faiz artıb.
İranın sənaye, faydalı qazıntılar naziri Reza Fatemi Aminin sözlərinə görə, avtomobilllərin qiymətinin qalxması dolların bahalaşması ilə əlaqədardır.
Mütəxəssislər İbrahim Rəisi hökumətinin iqtisadi-maliyyə siyasətinin yarıtmazlığı və ölkədəki etiraz aksiyaları ilə bağlı olduğunu bildiriblər. (Report)