"Bank Melli İran" Bakı filialı 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 963 min 855 manat xalis mənfəət ilə başa vurub, buda ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. Filial ötən ilin eyni dövrünü 898 min 730 manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: Bakıdakı İran bankının vəziyyəti - MƏLUM OLDU
FED.az xəbər verir ki, 2021-ci ilin 9 ayında "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2 milyon 585 min 659 manat, haqq və komissiya gəlirləri 139 min 593 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 568 min 619 manat təşkil edib. Ötən ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 940 min 314 manat, haqq və komissiya gəlirləri 105 min 998 manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 338 min 804 manat təşkil etmişdi.
Ötən ilin sonu ilə müqayisədə "Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi cəmi kreditlər 4 milyon 715min 237 manat və ya 90% artaraq 9 milyon 937 min 66 manata çatıb.
"Bank Melli İran" Bakı filialına 73 milyon 611 min manat nizamanmə kapitalı yatırılsa da yığılmış 35 milyon 268 min manat zərərə görə cəmi kapitalı 38 milyon 343 manatdır. "Bank Melli İran" Bakı filialınnın məcmu kapitalı, banklar üçün 50 milyon manat olan minimal kapital tələbdən aşağı olsa da, Azərbaycan bu banka güzəşt edir.
Qeyd edək ki, banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradırlar. Qaydalara görə, standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar adi, qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatlar məqsədli ehtiyatlar hesab edilir. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir. Ödəmə vaxtı 90 günədək keçmiş aktivlər (kreditlər) qənaətbəxş, gecikmə bu müddəti aşdıqda isə qeyri-qənaətbəxş hesab edilir. (Marja)