İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 460,5 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 16,9 milyon manat xalis zərərlə çıxmışdı.
Eləcə də bax: Azərbaycanda bank Bakı meriyasını məhkəmədə uddu - 9 MİLYONLUQ MÜBAHİSƏ
Bu ilin ilk yarısında İran Milli Bankının (Bank Melli İran) Bakı filialının aktivləri 15 milyon manat və ya 14,5% azalaraq 83 milyon 981 min manata enib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın kredit portfeli 17,3% artaraq 4 milyon 911 min manat olub.
Aktivlərin azalması isə nağd pul vəsaitlərinin və başqa banklardakı müxbir hesablardakı vəsaitlərin kəskin (11 milyon manat azalaraq 59 milyon manatdan 48 milyon manata düşüb) azalması və qiymətli kağızlara investistyaların 4,5 milyon manat azalmasının (59,7 milyondan 48,2 milyon manata enib) nəticəsidir.
Həmin dövrdə bankın öhdəlikləri də 15,2 milyon manat və ya 32,4% azalıb. İran Milli Bankı maliyyə institutları qarşısında öhdəliklərini 85% azaldaraq 31,7 milyon manatdan 17,2 milyon manata salıb.
Bankın kapitalı isə təqribən yarım milyon manat da azalaraq 36,6 milyon manata enib.
Bu dövrdə bankın faiz gəlirləri 1 milyon 281,6 min manat (7,2% azalıb), faiz xərcləri 97,8 min manat (2,3% artıb) olub.
Qeyri-faiz xərcləri 1 milyon 14,2 min manat, qeyri faiz gəlirləri isə 293 min manat olub. Bu dövrdə bankın inzibati xərcləri 37% artaraq 823 minə yüksəlib.
Nəticədə bank yarım ili 462,7 min manat vergidən əvavəlki mənfəətlə başa vurub. 2150 manat mənfəət vergisindən sonra xalis mənfəti 460,5 min manat təşkil edib.
Ötən il isə İnran bankı bu dövrü 16,9 milyon zərərlə bavşa vurmurdu, amma həmin zərərin səbəbi 18 miolyorn manatlıq ehtiyat ayırmaları idi. Bu il isə həmin maddə üzrə cəmi 158,8 min manat ayrılıb.