Cari ilin II rübündə bank sektorunun xalis kredit portfeli 20 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 8,7% (1,6 milyard manat) artım deməkdir.
Keçən ilin sonunda bu göstərici 14,1 milyard manat olub.
İllik müqayisədə 17% (1,6 milyard manat) artım qeydə alınıb.
2022-ci ilin II rübündə bu göstərici 18,4 milyard manat olub.