Cari ilin II rübündə bank sektorunun digər aktivləri 11,2 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 20,6% (2,9 milyard manat) azalma deməkdir.
Keçən ilin sonunda bu göstərici 14,1 milyard manat olub.
İllik müqayisədə 1,8% (0,2 milyard manat) azalma qeydə alınıb.
2022-ci ilin II rübündə bu göstərici 11,4 milyard manat olub.