Cari ilin II rübündə bank sektorunun likvid aktivlər 14 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 18,6% (3,2 milyard manat) azalma deməkdir.
Keçən ilin sonunda bu göstərici 17,2 milyard manat olub.
İllik müqayisədə 30,8% (3,3milyard manat) artım qeydə alınıb.
2022-ci ilin II rübündə bu göstərici 10,7 milyard manat olub.