Cari ilin II rübündə bank sektorunun digər öhdəlikləri 7,2 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 6,5% (0,5 milyard manat) azalma deməkdir.
Keçən ilin sonunda bu göstərici 7,7 milyard manat olub.
İllik müqayisədə 5,9% (0,4 milyard manat) artım qeydə alınıb.
2022-ci ilin II rübündə bu göstərici 6,8 milyard manat olub.