Cari ilin II rübündə bank sektorunda hüquqi şəxslərin depozitləri 19,6 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 12,1% (2,7 milyard manat) azalma deməkdir.
Keçən ilin sonunda bu göstərici 22,3 milyard manat olub.
İllik müqayisədə dəyişiklik olmayıb.
2022-ci ilin II rübündə də bu göstərici 19,6 milyard manat olub.