“Yelo Bank” 2021-ci ilin I yarısında əməkdaşlarının sayını artırıb.
Eləcə də bax: «Yelo Bank» ilin sonunadək bir neçə - YENİ FİLİAL AÇACAQ
FED.az bankın I yarımilliyə dair hesabatına istinadən xəbər verir ki, cari ilin iyul ayının əvvəlinə “Yelo Bank”da 872 nəfər (2020-ci ilin sonuna 831 nəfər) çalışıb. Beləliklə, I yarımillikdə bankın işçilərinin say həddi 4,9% artıb.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir. (İnterfaks)