Azərbaycanın aparıcı banklarından olan Yelo Bank filial şəbəkəsini daha da genişləndrmək niyyətindədir.
Eləcə də bax: Vahid Ələkbərovun bankı yenidən «sürət götürür» - AKTİVLİYİ VƏ MƏNFƏƏTİ ARTMAQDADIR
FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Yelo Bank-ın 2-ci rübün maliyyə nəticələrini şərh edən sədr bildirib ki, bank 2021-ci il üçün qarşıya qoyulan hədəflərə uyğun irəliləyir:
«Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik».
A.Həsənov bildirib ki, bank filial şəbəkəsini daha da genişləndirmək niyyətindədir:
«Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram».